...

Bakıda dələduzluğa görə axtarışda olan 3 nəfər tutulub

Hadisə Materials 28 İyul 2014 11:19 (UTC +04:00)
Bakıda dələduzluğa görə axtarışda olan şəxslər tutulub.
Bakıda dələduzluğa görə axtarışda olan 3 nəfər tutulub

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda dələduzluğa görə axtarışda olan şəxslər tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 3 nəfər tutulub.

Belə ki, Nəsimi Rayon Polis İdarəsi (RPİ) Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində axtarışda olan 1978-ci il təvəllüdlü Seyhun Əhmədov, Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Rizvan Kərimli və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1973-cü il təvəllüdlü Ziyad Babayev tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti