...

Bakıda "BMW" "QAZ-53"-ə çırpılıb, ölən və yaralanan var

Hadisə Materials 29 İyul 2014 12:20 (UTC +04:00)
Bakıda "BMW" "QAZ-53"-ə çırpılıb.
Bakıda "BMW" "QAZ-53"-ə çırpılıb, ölən və yaralanan var

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Bakıda "BMW" "QAZ-53"-ə çırpılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 28-i saat 18:15 radələrində Xətai rayonu, Gəncə prospektində Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Rəşad Ağaverdiyev idarə etdiyi "BMW" markalı avtomobillə yolun kənarında dayanmış 1968-ci il təvəllüdlü Ehtiram Bəylərova məxsus "QAZ-53" markalı avtomobili arxadan vurub.

Nəticədə, R.Ağaverdiyev KTM-ə yerləşdirilib, sərnişini - Balakən rayon sakini 1975-ci il təvəllüdlü Məzahir Həsənov hadisə yerində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti