Azərbaycan, Bakı, 30 iyul /Trend/
Abşeron rayonu, Mehdiabad qəsəbəsində qadını boğaraq qətə yetirən, sonra evini yandıran şəxs tutulub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məlahət Rəsulovanı evində boğaraq qətlə yetirmiş rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Babayev tutulub.
Qeyd edək ki, iyulun 26-da Abşeron rayonunun Mehdiabad qəsəbəsində M.Rəsulovanın yaşadığı evdə yanğın baş verib və yanğın söndürüldükdən sonra onun meyiti tapılıb.
Araşdırmalar zamanı M.Rəsulovanın boğma yolu ilə qətlə yetirilməsi və evinin yandırılması müəyyən edilib.