...

İsmayıllı meşəsində yanğın söndürülüb, Qəbələ ərazisindəki meşədə isə yanğının söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirilir

Hadisə Materials 3 Avqust 2014 21:04 (UTC +04:00)
Bu gün Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 14-cü dolayında baş verən yanğın söndürülüb
İsmayıllı meşəsində yanğın söndürülüb, Qəbələ ərazisindəki meşədə isə yanğının söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirilir

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 14-cü dolayında baş verən yanğın söndürülüb. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

İ.İbrahimova deyib ki, ilkin ehtimala görə yanğın ildırım nəticəsində baş verib. Yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin səyləri nəticəsində saat 19 radələrində söndürülüb. Yanğın 0,07 hektar ərazini əhatə edib. Hazırda yanğına məruz qalmış ərazilər yenidən alovlanma ehtimalı nəzərə alınaraq nəzarətə götürülüb.

Eyni zamanda, bu gün saat 15 radələrində Şahdağ Milli Parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinin 10-cu dolayında da yanğın hadisəsi baş verib. Hazırda ETSN-nin əməkdaşları, o cümlədən FHN-nin canlı qüvvəsi və aviasiya dəstəsi yanğının söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti