Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İlkin İzzət/
Zaqatalada zəlzələ baş verib.
Trend AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 12:50-də Zaqataladan 23 km cənub-qərbdə zəlzələ qeydə alınıb.
Yeraltı təkanların maqnitudası 2,8, dərinliyi 9 km olub.
Zəlzələ episentrdə 3 bala qədər hiss edilib.