Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir İlkin İzzət/
Bakı şəhər sakinindən "Makarov" markalı tapança, patronlar, və patron darağı götürülüb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Zeynal Kərimovdan "Makarov" markalı tapança, 2 ədəd patron darağı və 11 ədəd patron götürülüb.
Faktla bağlı araşdırma aparılır.