Azərbaycan, Bakı, 12 avqust /Trend/
Qax rayonu ərazisində qanunsuz ağac kəsilmələri aşkarlanıb.
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qax RPŞ əməkdaşları tərəfindən Qaxbaş kənd sakini Akaki Tamazaşvilinin qanunsuz ağac kəsməsi və həmkəndlisi Araz Əsgərovun idarə etdiyi "ZiL" markalı avtomobildə daşıması müəyyən edilib.
Avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan 5,93 kub metr meşə materialı aşkar edilib.
Qaxda qanunsuz ağac kəsilmələri aşkarlanıb
Avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan 5,93 kub metr meşə materialı aşkar edilib.
