Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir Elçin Mehdiyev/
Sumqayıtda mənzildə qadın meyiti tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1941-ci il təvəllüdlü Petrişina Svetlana Alekseyevna mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısının kilidini bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən S.Petrişinanın cəsədi aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.