...

Gəncədə iki nəfərin ağır yaralanması ilə nəticələnən qəza olub

Hadisə Materials 14 Avqust 2014 15:30 (UTC +04:00)
Bu gün saat 12:00 radələrində Gəncədə 2 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Gəncədə iki nəfərin ağır yaralanması ilə nəticələnən qəza olub

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Bu gün saat 12:00 radələrində Gəncədə 2 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Trend TTV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb. Göygöl rayon sakini 27 yaşlı Raqif Əliyevin idarə etdiyi "VAZ 21011" markalı avtomobil Gəncə sakini 34 yaşlı Ülvi Ələkbərovun idarə etdiyi "Opel" markalı minik maşını ilə toquşub.

Qəza nəticəsində VAZ-ın sürücüsü və sərnişini, həmyerlisi Araz Qurbanov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Hər iki yaralının vəziyyəti orta ağırdır.

İlkin etimala görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti