...

Ağdaşda iki minik maşını toqquşub, iki nəfər yanaraq ölüb

Hadisə Materials 14 Avqust 2014 20:02 (UTC +04:00)
Ağdaşda iki minik maşını toqquşub, iki nəfər yanaraq ölüb.
Ağdaşda iki minik maşını toqquşub, iki nəfər yanaraq ölüb

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Qalib Mirzəzadə/

Ağdaşda iki minik maşını toqquşub, iki nəfər yanaraq ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşlara məxsus "Toyota" və "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

Nəticədə "VAZ" markalı avtomobilin yanar hissələri yanıb. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi "VAZ" markalı avtomobildə olan 2 nəfərin (kişi) meyiti əhali tərəfindən avtomobildən çıxarılıb.

Digər avtomobil yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti