Azərbaycan, Bakı, 25 avqust /Trend/
Naxçıvan şəhərində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildiriblər ki, yerli vaxtla bu gün saat 03:24-də Şahbuzdan 11 km qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Dərinliyi 10 km olan zəlzələnin episentrdə maqnitudası 3.2 olub.