...

Azərbaycanda silah-sursat alverçisi tutulub

Hadisə Materials 27 Avqust 2014 12:59 (UTC +04:00)
Şəki şəhər sakininə silah-sursat satmış şəxs tutulub.
Azərbaycanda silah-sursat alverçisi tutulub

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İlkin İzzət/

Şəki şəhər sakininə silah-sursat satmış şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 23-də saxlanılmış Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Süleymanova "AKMS" markalı silah, 55 ədəd patron və RPK pulemyotu üçün nəzərdə tutulmuş diski satmış Bakı şəhər sakini Şahin Quliyev tutulub.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti