...

DİN Qaradağ rayonunda odlu silahla törədilən qətllə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 4 Sentyabr 2014 13:17 (UTC +04:00)
Qaradağ rayonunun Sahil qəsəbəsinin sakini tüfəngdən atəş açaraq həmyerlisinə xəsarət yetirib.
DİN Qaradağ rayonunda odlu silahla törədilən qətllə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İlkin İzzət/

Qaradağ rayonunun Sahil qəsəbəsinin sakini tüfəngdən atəş açaraq həmyerlisinə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 3-də Qaradağ rayonunun Sahil qəsəbəsində qəsəbə sakini İlqar Quliyev münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunmuş Şaban Nəbiyevə xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş Ş.Nəbiyev orada ölüb.

Hadisə yerinə baxış zamanı "Winchester" markalı tüfəng aşkar edilərək götürülüb.

Hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti