...

Bakıda oğurluqla məşğul olan yeniyetmələr yaxalanıb

Hadisə Materials 5 Sentyabr 2014 13:41 (UTC +04:00)
Bakıda oğurluqla məşğul olan yeniyetmələr yaxalanıb.
Bakıda oğurluqla məşğul olan yeniyetmələr yaxalanıb

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bakıda oğurluqla məşğul olan yeniyetmələr yaxalanıb.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Zaur Mirzəyevin, Vaqif Verdiyevin, Elçin İsmayılovun avtomobillərindən pul, qızıl əşyalar, yanacaq, sənədlər və mobil telefon, Rauf Əliyevin, Təranə Həsənovanın mağazalarından pul, tütün məmulatı və ərzaq məhsulları, Azər Həsənovun evindən qızıl əşyalar, habelə Samir Məmmədovun velosipedini oğurlamış Bakı şəhər sakini, 13 yaşlı oğlan (R.G) saxlanılıb.

Bundan əlavə, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Şahmar Qəhrəmanovun, Rüstəm Hüseynovun, Məlahət Rzayevanın və İlahə Əliyevanın avtomobillərindən pul, noutbuk, sənəd və kosmetik əşyalar oğurlamış Bakı şəhər sakini - 12 yaşlı oğlan (N.T) saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti