...

Gəncədə silah-sursat tapılıb

Hadisə Materials 8 Sentyabr 2014 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlkin İzzət/

Gəncə şəhəri Kimyaçılar qəsəbəsinin ərazisindən silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kəpəz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Gəncə şəhəri Kimyaçılar qəsəbəsinin ərazisindən "AK-74" markalı avtomat silahı və 7 ədəd qumbara alışdırıcısı tapılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti