Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/
Ağcabədi rayonunun Qaravəlli kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 14-də saat 22 radələrində Ağcabədi rayonunun Qaravəlli kəndində rayon sakinləri Teyyub Quliyevin idarə etdiyi "Mercedes", Nəbi Ağamalıyevin idarə etdiyi "Daewoo" və Elgün Bəbişovun idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində E.Bəbişov, N.Ağamalıyev və sərnişinlərindən - Bərdə rayon sakinləri Naibə Alıyeva və onun oğlu Fəqan hadisə yerində ölüb, N.Ağamalıyevin digər 5 sərnişini, habelə T.Quliyev və 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.