...

Bakının məşhur hotelində bomba həyəcanı yaşanıb

Hadisə Materials 17 Sentyabr 2014 14:00 (UTC +04:00)
Gecə saatlarında “Hilton Baku” hotelində bomba həyəcanı yaşanıb.
Bakının məşhur hotelində bomba həyəcanı yaşanıb

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlkin İzzət/

Gecə saatlarında "Hilton Baku" hotelində bomba həyəcanı yaşanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən "Hilton Baku" hotelinin 4-cü mərtəbəsində partlayıcı qurğu olması barədə məlumat daxil olub.

Dərhal FHN-in müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN-in mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüb və əraziyə baxış keçiriblər. Nəticədə qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 03:28-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti