Bakıda həyat yoldaşını bıçaqlamış qadın saxlanılıb

Hadisə Xəbər 20 Sentyabr 2014 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İlkin İzzət/

Münaqişə zəminində həyat yoldaşına bıçaqla xəsarət yetirmiş qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 18-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Leyla Heydərova münaqişə zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Ceyhun Məmmədova bıçaqla xəsarət yetirib.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Heydərova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti