...

Gəncədə oğul atasının avtomobilini qaçırıb, avtomobildə silah-sursat tapılıb

Hadisə Materials 24 Oktyabr 2014 15:49 (UTC +04:00)
Gəncə şəhərində oğul atasının avtomobilini qaçırıb. Saxlanılan avtomobildə silah-sursat tapılıb.
Gəncədə oğul atasının avtomobilini qaçırıb, avtomobildə silah-sursat tapılıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İlkin İzzət/

Gəncə şəhərində oğul atasının avtomobilini qaçırıb. Saxlanılan avtomobildə silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 23-də saat 05 radələrində Gəncə şəhərinin D.Qorqud küçəsindən Oqtay Məmmədova məxsus içərisində qiyməti 4000 manat olan "Maxima" markalı avtomobil qaçırılıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə avtomobili idarə edən sürücü BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılarkən tabeçilik göstərməyib hərəkəti davam etdirib və görülmüş tədbirlər nəticəsində Binəqədi rayonu ərazisində saxlanılıb.

Avtomobilin O.Məmmədovun oğlu Samir tərəfindən idarə edilməsi və onun sərxoş halda olması müəyyən edilib.

Avtomobilə baxış zamanı 2000 manat, sənədlər, müvafiq sənədləri olan ov tüfəngi, 14 ədəd patron, 4 ədəd giliz, habelə başqa bir avtomobilə məxsus dövlət qeydiyyat nişanları götürülüb.

Faktla ba]l; Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti