...

Bakıda mənzildən külli miqdarda edilən oğurluq hadisəsinin üstü açılıb

Hadisə Materials 29 Oktyabr 2014 12:08 (UTC +04:00)
Bakıda ötən həftə mənzildən külli miqdarda edilən oğurluq hadisəsinin üstü açılıb.
Bakıda mənzildən külli miqdarda edilən oğurluq hadisəsinin üstü açılıb

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Bakıda ötən həftə mənzildən külli miqdarda edilən oğurluq hadisəsinin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, oktyabrın 18-ə keçən gecə Hövsan qəsəbəsi E.Qasımov küçəsində Emil Vəliyevin mənzilindən 18500 manat və qızıl-zinət əşyaları oğurlanıb.

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Hövsan qəsəbə sakini, 1988-ci il təvəllüdlü Zaur Cəfərov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti