...

Azərbaycanın cənub bölgəsində külli miqdarda narkotik vasitə götürülüb

Hadisə Materials 17 Noyabr 2014 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın cənub bölgəsində həyata keçirilən əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə bildiriblər ki, Biləsuvar RPŞ və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də rayonun Amankənd kəndinin ərazisində İran vətəndaşı Həmid Qureyşi Mirətadan 5 kq tiryək götürülüb.

Biləsuvar RPŞ və Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsi və DSX-nin həyata keçirdiyi digər birgə əməliyyatlar nəticəsində noyabrın 16-da Yardımlı rayonu Pirembel kəndi ərazisində Bakı şəhər sakini Əzməmməd Məmmədovdan 1 kq tiryək və 6 kq həşiş qətranı götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti