...

DİN sumqayıtlı qadının Bakıdakı oteldə ölümü ilə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 21 Noyabr 2014 13:20 (UTC +04:00)
Sumqayıt şəhər sakini Binəqədi rayonu ərazisində yerləşən "Vulkan" otelində intihar edib.
DİN sumqayıtlı qadının Bakıdakı oteldə ölümü ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İlkin İzzət/

Sumqayıt şəhər sakini Binəqədi rayonu ərazisində yerləşən "Vulkan" otelində intihar edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 20-də Sumqayıt şəhər sakini Afaq Şükürova Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən "Vulkan" otelinin hamam otağında özünü asaraq intihar edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti