...

Gömrükçülər İrandan gələn azərbaycanlıların daxili orqanlarından nələr çıxartdılar?

Hadisə Materials 21 Noyabr 2014 15:52 (UTC +04:00)
İrandan Azərbaycana daxili orqanlarında narkotik vasitələr keçirən iki azərbaycanlı tutulub.
Gömrükçülər İrandan gələn azərbaycanlıların daxili orqanlarından nələr çıxartdılar?

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İlkin İzzət/

İrandan Azərbaycana daxili orqanlarında narkotik vasitələr keçirən iki azərbaycanlı tutulub.

Dövlət Gömrük Komitəsi (DGK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında İdarənin "Qoşa Təpə" Gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn zaman saxlanılan Azərbaycan Respublikası vətəndaşı Əbdurəhmanov Ruslan Vaqif oğlunun daxili orqanından üç növ narkotik vasitə aşkar edilib.

Üzərində şəxsi yoxlama aparılan R.Əbdurəhmanovun daxili orqanlarından şəffaf sellofandan hazırlanan 3 ədəd büküm çıxarılıb. Birinci bükümdə xalis çəkisi 48,628 qram olan narkotik vasitə - tiryək, digər bükümdə xalis çəkisi 33,755 qram olan narkotik vasitə - heroin, 3-cü bükümdə isə cəmi 12 ədəd "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin"in II Siyahısına daxil olan, sintetik narkotik vasitə sayılan metadon adlı həblər aşkar edilərək götürülüb.

"Qoşa Təpə" Gömrük postunda İranda piyada gələn Azərbaycan vətəndaşı Şəfiyev Sabir Cabir oğlunun da üzərində şəxsi yoxlama aparan gömrükçülər oxşar mənzərə ilə qarşılaşıblar. Onun da daxili orqanında gömrük nəzarətindən gizlədilmiş, 3 ədəd ayrı-ayrılıqda şəffaf selofana bükülü bükümlərdə narkotik vasitələr olduğu müəyyən edilib. 1-ci bükümdə xalis çəkisi 50,155 qram olan narkotik vasitə - tiryək, digər bükümdə xalis çəkisi 49,454 qram olan narkotik vasitə - heroin, 3-cü bükümdə isə 10 ədəd sintetik narkotik vasitə sayılan metadon adlı həblər aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti