...

İrandan Azərbaycana 10 kq-dan çox narkotik keçirmək cəhdi

Hadisə Materials 25 Noyabr 2014 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə külli miqdarda - ümumi çəkisi 10 kiloqram 800 qram olan narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Dövlət Xidmətinin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, 17.11.2014-cü il tarixdə həyata keçirilmiş qabaqlayıcı əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu, Dələli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasına gətirilən 5 kiloqram tiryək və 5,8 kiloqram marixuana dövriyyədən çıxarılıb.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti