...

Ağdaş sakini məhkum qohumu üçün həbsxanaya telefon keçirmək istəyib

Hadisə Materials 1 Dekabr 2014 11:15 (UTC +04:00)
Ağdaş sakininin Bakıda bibisinin məhkum oğlu üçün həbsxanaya telefon keçirmək cəhdinin qarşısı alınıb.
Ağdaş sakini məhkum qohumu üçün həbsxanaya telefon keçirmək istəyib

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İlkin İzzət/

Ağdaş sakininin Bakıda bibisinin məhkum oğlu üçün həbsxanaya telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ərbab Sabir oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş dayısı oğlu, Ağdaş şəhər sakini vətəndaş Ramiq Yaqub oğlu Əliyevin görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun gödəkçəsinin cibindən daxilində danışıq kartı olmayan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Ərbab Hüseynov Cinayət Məcəlləsinin 317-2.1 və 67.1 maddələrinə əsasən 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti