...

Gədəbəyli qadın qonşunun evində qır-qızıl qoymadı (FOTO)

Hadisə Materials 8 Dekabr 2014 18:50 (UTC +04:00)
Gədəbəyli qadın qonşusunun 6 min manatlıq qızıl-zinət əşyalarını oğurlayıb
Gədəbəyli qadın qonşunun evində qır-qızıl qoymadı (FOTO)

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

Gədəbəy polisi qonşusunun mənzildən xeyli miqdarda qızıl-zinət əşyaları oğurlayan qadını saxlayıb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, həmin qadın mənzil sahibinin evdə olmamasından sui-istifadə edərək oradan nə az-nə çox, düz 6 min manatlıq qiymətli əşya oğurlayıb.

Gədəbəy rayonu, Slavyanka kənd sakini Natalya Nikolayevna noyabrın 7-də şəxsi işləri ilə əlaqədər paytaxt Bakıya yollanıb. Mənzilinə nəzarəti isə qonşuya həvalə edib. Bu zaman tənbəllik etməyən qonşu ev sahibinin uzaqda olmasından istifadə edərək, ona məxsus qızıl-zinət əşyalarını gizli yolla talayıb.

N.Nikolayevna deyib: "Evə gələndə qızıma dedim ki, bax, gör qızıllar yerindədirmi? Baxdı, dedi ki, yoxdur, aparıblar. Tez polisə zəng etdik".

Zərərçəkənin ərizəsi əsasında əməliyyat tədbirlərinə başlayan Gədəbəy polisi cinayətin üstünü qısa zamanda aça bilib. Məlum olub ki, 50 yaşlı Səməngül Ələsgərova qonşusuna məxsus qızıl-zinət əşyalarını oğurlayaraq müxtəlif şəxslərə satıb.

Gədəbəy rayon Polis Şöbəsinin istintaq qrupunun baş müstəntiqi İbrahim Hüseynov bildirib: "Cinayəti törədən Səməngül Ələsgərova tərəfimizdən saxlanılıb. Onun oğurladığı qızıl-zinət əşyaları da müəyən edilərək maddi sübut kimi götürülüb".

Saxlanılan S.Ələsgərova əməlinə görə özünü təqsirli bilib və ifadəsində oğurluğa səbəb kimi imkansız olmasını göstərib: "Natalya Nikolayevnanın evinə girdim, qızılları götürdüm. İki gündən sonra isə aparıb kolun arasında gizlətdim".

Oğurluq faktını Gədəbəy polisi araşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti