...

Bakıda 74 yaşlı qadını soydular

Hadisə Materials 10 Dekabr 2014 10:36 (UTC +04:00)
Bakıda 24 yaşlı gənc 74 yaşlı qadına qarşı soyğunçuluq edib.
Bakıda 74 yaşlı qadını soydular

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda 24 yaşlı gənc 74 yaşlı qadına qarşı soyğunçuluq edib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 1-ci Polis Bölməsi Post Patrul Xidməti Bölüyü əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Həsənbala Tahirov tutulub.

24 yaşlı gənc dekabrın 8-də saat 17:00 radələrində Mərdəkan qəsəbəsində qəsəbə sakini, 1936-cı il təvəllüdlü Fəridə Nəsirovanın içərisində 267 manat və təqaüd kartı olan əl çantasını alıb qaçmaqla soyğunçuluq törətməkdə şübhəli bilinir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti