...

Misirdə balıqçı gəmisi qəzaya uğrayıb, 11 nəfər həlak olub

Hadisə Materials 14 Dekabr 2014 11:17 (UTC +04:00)
Süveyş kanalı akvatoriyasında balıqçı gəmisinin konteyner daşıyan gəmisi ilə toqquşma nəticəsində on bir balıqçı həlak olub, daha 23 nəfər isə itkin düşüb.
Misirdə balıqçı gəmisi qəzaya uğrayıb, 11 nəfər həlak olub

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Süveyş kanalı akvatoriyasında balıqçı gəmisinin konteyner daşıyan gəmisi ilə toqquşma nəticəsində on bir balıqçı həlak olub, daha 23 nəfər isə itkin düşüb.

Trend RİA Novosti agentliyinə istinadən bu barədə Misirin Cənubi Sinay əyalətinin əməliyyat xidmətləri xəbər verirlər.

Balıqçı gəmisi komandasının on bir nəfəri xilas edilib və artıq hospitala yerləşdirilib.

Misirin sərhəd xidməti və hərbi dəniz qüvvələri digər balıqçıların axtarışını aparırlar.

Xəbər lenti

Xəbər lenti