...

Floridada polis güllələnib

Hadisə Materials 22 Dekabr 2014 00:37 (UTC +04:00)
Tarpon Sprinqs şəhərində (Florida ştatı) polis güllələnib.
Floridada polis güllələnib

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Tarpon Sprinqs şəhərində (Florida ştatı) polis güllələnib. USA Today-in məlumatına görə, şübhəli şəxs saxlanılıb, araşdırma aparılır. Trend Lenta.ru-ya istinadən bu barədə məlumat verir.

Yaxın vaxtlarda xüsusi mətbuat konfransı keçiriləcək və hadisənin təfərrüatları açıqlanacaq.

Bildirilir ki, polisə atəş açandan sonra şübhəli şəxs nəqliyyat vasitəsi ilə qaçmaq istəyib.

Nyu-Yorkda dekabrın 20-də iki polis nəfəri güllələnib. Patrul xidmətinin işçiləri Ventzyan Lü və Rafael Ramos xidməti avtomobildə qətlə yetiriliblər.

KİV-in məlumatına görə, İsmayıl Abdulla Brinsli qətldə şübhəli bilinir, o, bu üsulla polis tərəfindən öldürülən afroamerikalıların qisasını almaq istəyib.

Brinslinin meyiti hadisə yerinin yaxınlığında tapılıb. Güman edilir ki, o, özünə intihar edib.

Xəbər lenti

Xəbər lenti