Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/
Bakıda yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən dekabrın 27-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində səyyar satışla məşğul olan Elvin Xasıyevdən 18000 ədəd, Ümid Qarayevdən 26000 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.