...

Hindistanda altı tələbə yol qəzasında həlak olub

Hadisə Materials 1 Yanvar 2015 10:56 (UTC +04:00)
Hindistanın cənubunda altı tələbə Yeni il şənliklərindən sonra evə qayıdarkən yol qəzasında həlak olub.
Hindistanda altı tələbə yol qəzasında həlak olub

Azərbaycan, Bakı, 1 yanvar /Trend/

Hindistanın cənubunda altı tələbə Yeni il şənliklərindən sonra evə qayıdarkən yol qəzasında həlak olub. Trend RİA Novosti agentliyinə istinadən bu barədə xəbər verir.

Sinxua agentliyi yerli polisə istinadən verdiyi məlumata görə, hadisə yanvarın 1-də səhər tezdən ölkənin cənubunda Kerala ştatında yerləşən Kollam şəhərində baş verib. Polisin məlumatına görə, minik avtomobili yüksək sürətlə gedərkən yük maşınına çırpılıb.

Ehtimal edilir ki, tələbələr Yeni il şənliklərindən qayıdıblar və sərxoş vəziyyətdə olublar. Gənclərin hamısı aldığı xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Xəbər lenti

Xəbər lenti