...

İntihar edən Goranboy sakini: "Ölümümdə özüm günahkaram"

Hadisə Materials 9 Yanvar 2015 11:40 (UTC +04:00)
Goranboy rayon sakininin intihar etməsi faktı üzrə cinayət işi başlanıb.
İntihar edən Goranboy sakini: "Ölümümdə özüm günahkaram"

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İlkin İzzət/

Goranboy rayon sakininin intihar etməsi faktı üzrə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 6-da Goranboy rayon sakini Bəxtiyar Əhmədovun intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə şatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, şahidlər, o cümlədən mərhumun arvadı və oğlu dindirilib, digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

B.Əhmədovun hər hansı konkret şəxs tərəfindən özünü öldürmə həddinə çatdırılması barədə hazırkı vaxtadək istintaqa məlumat daxil olmayıb. Hadisə baş verən gün meyitin üzərinə baxış keçirilərkən şalvarının cibindən yaxın qohumlarına ünvanlanmış "ölümümdə özüm günahkaram" sözləri ilə başlayan məktub aşkar edilib.

B.Əhmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti