...

Avtomobilləri oğurlayıb satanlar tutuldu

Hadisə Materials 23 Yanvar 2015 13:34 (UTC +04:00)
Azərbaycanda avtomobil oğurlayıb satan şəxslər tutulublar.
Avtomobilləri oğurlayıb satanlar tutuldu

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda avtomobil oğurlayıb satan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Abşeron rayon Polis Şöbəsi və Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də Masazır qəsəbəsində Azər Dəmirovun yaşadığı evin həyətində üzərində Rövşən Məmmədova məxsus "Chevrolet" markalı avtomobilin 2013-cü il avqustun 12-də oğurlanmış dövlət qeydiyyat nişanları olan "VAZ-2106" markalı avtomobil aşkar edilib.

Araşdırmalar zamanı həmin nəqliyyat vasitəsinin Maarif Səlimova məxsus, yanvarın 11-də qaçırılmış "VAZ-2106" markalı avtomobil olması da müəyyən edilib. A.Dəmirov tutulub və ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 12-də və 14-də Masazır qəsəbə sakini Teymur Bağırovla birgə Akif Əliyevə, Rasim Fərəcova və Rəşid Allahverdiyevə məxsus "VAZ-2106" markalı avtomobilləri də qaçırıb Gəncə şəhərinə apararaq satması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə T.Bağırov da tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti