...

Diqqət! Dövriyyədə saxta əsginaslar dolaşır

Hadisə Materials 27 Yanvar 2015 15:24 (UTC +04:00)
Biləsuvar rayon sakinindən 10 min manatlıq saxta əsginaslar götürülüb.
Diqqət! Dövriyyədə saxta əsginaslar dolaşır

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İlkin İzzət/

Biləsuvar rayon sakinindən 10 min manatlıq saxta əsginaslar götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İmişli rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini Şahəddin Qasımovdan 67 ədəd 100 manatlıq və 70 ədəd 50 manatlıq saxta əsginas götürülüb.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti