Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlkin İzzət/
Ağcabədi şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 27-də saat 08 radələrində Ağcabədi şəhərində rayon sakinləri Cahangir Cəfərovun və Abdulla Məhərrəmovun idarə etdiyi "VAZ" markalı avtomobillər toqquşub.
Hər iki sürücü və A.Məhərrəmovun 4 sərnişini, habelə S.Cəfərovun 1 sərnişini xəstəxanaya yerləşdirilib, A.Məhərrəmov orada ölüb.
Faktla bağlı Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.