...

Bakıda iki qardaşı bıçaqlayaraq birini öldürən şəxs qaçıb gizlənib

Hadisə Materials 17 Fevral 2015 14:26 (UTC +04:00)
Bakıda iki qardaşı bıçaqlayaraq onlardan birini öldürən şəxs qaçaraq hadisə yerini tərk edib.
Bakıda iki qardaşı bıçaqlayaraq birini öldürən şəxs qaçıb gizlənib

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda iki qardaşı bıçaqlayaraq onlardan birini öldürən şəxs qaçaraq hadisə yerini tərk edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 16-da Səbail rayonunun Bibiheybət qəsəbəsində yaşayan Türkan Hüseynlinin evinə gəlmiş tanışı, Bakı şəhər sakini Rasim Mustafayev münaqişə zəminində ona və onun qardaşı Elvinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş Elvin orada ölüb.

Faktla bağlı Səbail rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti