...

DİN: Masazırda hoteldə keçmiş arvadını öldürmüş şəxs tutulub

Hadisə Materials 17 Fevral 2015 14:29 (UTC +04:00)
Masazırdakı hoteldə keçmiş arvadını bıçaqlayaraq öldürmüş Biləcəri qəsəbə sakini tutulub.
DİN: Masazırda hoteldə keçmiş arvadını öldürmüş şəxs tutulub

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İlkin İzzət/

Masazırdakı hoteldə keçmiş arvadını bıçaqlayaraq öldürmüş Biləcəri qəsəbə sakini tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 16-da Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən "Romi" hotelində Biləcəri qəsəbə sakini Zöhrab İsmayılov keçmiş arvadı Vəfa Abdullayevaya bıçaqla xəsarət yetirib və V.Abdullayeva hadisə yerində ölüb.

Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.İsmayılov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti