...

Biləsuvarda yol qəzası baş verib, ölən var

Hadisə Materials 24 Fevral 2015 05:35 (UTC +04:00)
Biləsuvarda yol qəzası baş verib.
Biləsuvarda yol qəzası baş verib, ölən var

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Biləsuvarda yol qəzası baş verib.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı-Astara yolunun 123-cü kilometrliyində, Biləsuvar rayonu ərazisində "QAZEL" markalı yük avtomobili ilə "MERCEDES" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, minik avtomobilində olan 3 nəfər sərnişin aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir.

Yanğınsöndürən-xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyitləri çıxarmış və aidiyyətı üzrə təhvil vermişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti