...

Son 3 gündə yollarda ölənlərin sayı 20 nəfərə çatdı

Hadisə Materials 24 Fevral 2015 14:13 (UTC +04:00)
Son 3 gün ərzində Azərbaycan yollarında baş verən qəzalarda 20 nəfər ölüb, 29 nəfər nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Son 3 gündə yollarda ölənlərin sayı 20 nəfərə çatdı

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir İlkin İzzət/

Son 3 gün ərzində Azərbaycan yollarında baş verən qəzalarda 20 nəfər ölüb, 29 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 6 nəfər yaralanıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin Trend-ə verdiyi məlumata görə, fevralın 21-i və 22-də ölkə ərazisində 20 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 11 nəfər ölüb, 23 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti