...

Bakıda zəncirvari yol qəzası: 1 ölü, 9 yaralı

Hadisə Materials 26 Fevral 2015 12:56 (UTC +04:00)
Paytaxtın Sabunçu rayonunda baş verən zəncirvari yol qəzasında bir nəfər ölüb, 9 nəfər yaralanıb.
Bakıda zəncirvari yol qəzası: 1 ölü, 9 yaralı

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlkin İzzət/

Paytaxtın Sabunçu rayonunda baş verən zəncirvari yol qəzasında bir nəfər ölüb, 9 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 25-də saat 19 radələrində Sabunçu qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Hüseynağa Umudov vurulmuş və nəticədə piyada hadisə yerində ölüb.

Hadisə baş verərkən eyni istiqamətdə hərəkətdə olan 4 avtomobil sürətini azaltdığından arxadan gələn Bakı şəhər sakini Əlixan Şirəliyev idarə etdiyi "Daewoo" markalı 160 saylı xətt avtobusu ilə onları vurub. Nəticədə avtomobillərdə olmuş 9 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "Ford" markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Fərhad Fərzəliyev tutulub.

Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti