...

Bakıda mağaza yanıb

Hadisə Materials 9 Mart 2015 09:58 (UTC +04:00)
Bakı şəhəri, Nərimanov rayonu vətəndaşa məxsus mağazada yanğın baş verib.
Bakıda mağaza yanıb

Azərbaycan, Bakı, 9 mart /Trend/

Bakı şəhəri, Nərimanov rayonu vətəndaşa məxsus mağazada yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ümumi sahəsi 140 kv. m. olan tikinti materiallarının satışı mağazasının lambirdən ibarət tavanı 80 kv.m və dam örtüyü 16 kv. m. sahədə (ümumi 96 kv.m ) yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:20-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti