Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir İlkin İzzət/
Bakının Bakıxanov qəsəbəsində yaşayan kişini qətlə yetirməkdə şübhəli bilinən rus milliyyətindən olan qadın tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan əvvəllər məhkum olunmuş Sabir Qurbanovun bıçaqla qətlə yetirilmiş meyiti mənzilində tapılıb.
Sabunçu rayon Polis İdarəsi 13-cü Polsi Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş onunla qeyri-rəsmi nikah münasibətlərində olan Bakı şəhər sakini Yelena Maxrova tutulub.
Faktla bağlı istintaq gedir.