Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İlkin İzzət/
İrandan gələn Azərbaycan vətəndaşının qarnından narkotik vasitə çıxdı.
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı İlqar Gülməmmədovun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun daxili orqanından, düz bağırsağından bir ədəd bükümdə, xalis çəkisi 2,71 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.