Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İlkin İzzət/
Cəlilabad rayon sakini su quyusuna düşərək boğulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 17-də Cəlilabad rayonunun Maşlıq kəndində yaşayan Novruz İmanov evinin həyətindəki su quyusuna düşərək boğulub.
Faktla bağlı araşdırmalar aparılır.