Azərbaycan, Bakı, 25 mart /Trend/
Bu gün səhər saatlarında Mingəçevir şəhərində ağır yol qəzası baş verib.
Trend-in məlumatına görə, şəhərin Heydər Əliyev prospektində 8 saylı xətt marşrutu üzrə hərəkət edən "Otoyol" markalı sərnişin avtobusu ilə "VAZ 2109" və "QAZ 2410" markalı minik avtomobilləri toqquşub.
Hadisə zamanı avtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Ölənlərdən birinin - 1944-cü il təvəllüdlü Qəmbərov Telman Savalan oğlunun jurnalist Aynur Elgünəşin atası olduğu bildirilir.