...

Bakıda 73 yaşlı kişi quyuda qaldı

Hadisə Materials 27 Mart 2015 14:48 (UTC +04:00)
Bakıda 73 yaşlı kişi 15 metrlik quyuda halsız qalıb.
Bakıda 73 yaşlı kişi quyuda qaldı

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İlkin İzzət/

Bakıda 73 yaşlı kişi 15 metrlik quyuda halsız qalıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin su quyusunda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1942-ci il təvəllüdlü kişi dərinliyi təxminən 15 metr olan quyuya nərdivan vasitəsi ilə düşüb, halsız olduğundan oradan çıxa bilməyib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 10:48-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti