...

İrandan gələn azərbaycanlı heroini bağırsağında gizlətdi

Hadisə Materials 6 Aprel 2015 13:46 (UTC +04:00)
İrandan gələn azərbaycanlının daxili orqanında heroin aşkar edilib.
İrandan gələn azərbaycanlı heroini bağırsağında gizlətdi

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir İlkin İzzət/

İrandan gələn azərbaycanlının daxili orqanında heroin aşkar edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Malik Əzizovun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun daxili orqanından, düz bağırsağından 2 ədəd bükümdə, ümumi xalis çəkisi 9,621 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti