Azərbaycan, Bakı, 6 aprel /Trend/
Bakıda və Ucarda yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 50 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ucar rayonu, Bərgüşad kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.