Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İlkin İzzət/
Kirayədə yaşadığı mənzilin sahibini və nəvəsini döyərək qarət etmiş Gəncə şəhər sakini tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 14-də Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Məlikov şəhər ərazisində kirayədə yaşadığı mənzildə evin sahibi Güllü Hüseynovanı və nəvəsi Zərifə Bayramovanı döyüb. O, sonra Zərifənin qızıl boyunbağısını alaraq hadisə yerini tərk edib.
Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məlikov tutulub.
Faktla bağlı araşdırma aparılır.