Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İlkin İzzət/
Bakıda avtomobil işıq dirəyinə çırpıldı, 3 nəfər öldü, 1 nəfər yaralandı.
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, aprelin 17-də saat 21:30 radələrində H.Əliyev prospektində naməlum sürücü idarə etdiyi Lerik rayon sakini Nizami Aslan oğlu Rufullayevə məxsus "Lifan" markalı avtomobilin idarəetməsini itirərək işıq dirəyinə vurub.
Nəticədə avtomobildə olanlar, Bakı şəhər sakinləri - 1984-cü il təvəllüdlü Faiq Rafiq oğlu Dəmirov, 1985-ci il təvəllüdlü Anar Sərdar oğlu Əmirov və 1990-cı il təvəllüdlü Zaur Sərvər oğlu Əmirov aldığı xəsarətdən hadisə yerində ölüb, 1954-cü il təvəllüdlü Akif Səlim oğlu Səlimov KTM-yə daxil olub, vəziyyəti ağırdır.
Fakt Nizami RPİ 23-cü PB tərəfindən araşdırılır.